Tətbiqi tərcümə nəzəriyyəsi
tətbiqi tərcümə nəzəriyyəsinin predmet sahəsinə aşağıdakı vəzifələr daxildir: 1) ilkin mətnin tərcümə dilinə çevrildiyi zaman ortaya çıxan tərcüməçilik çətinliklərinin təsnifatı; 2) tərcümə elmində linqvistik və psixoloji cəhətdən əsaslandırılmış işləmə formaları; 3) bütün relevant dil hadisələrini, səhvlər təhlilini (həm də tərcümənin tənqidi üçün öncədən nəzərdə tutulmuş) tam əhatə edən səmərəli işləmələr; 4) tərcümə tənqidi üçün nəzəri və metodik cəhətdən əsaslandırılmış təsviri, interpretasiya və dəyər prosedurlar. Bu vəzifələrin birinci və ikincisi prospektiv, üçüncü və dördüncü isə tətbiqi tərcümə nəzəriyyəsinin retrospektiv aspektləridir.